"Beşiktaş" klubunun 2 əməkdaşı həlak olub.
Sportnet.az-ın məlumatına görə, klub rəsmi saytında Super Liqanın son turunda "Bursaspor"la ev oyunundan (2:1) sonra stadionun qarşısında baş verən partlayışla bağlı məlumat yayıb.
Bilidirlir ki, həyatlarını itirənlər klub mağazasının işçisi Ucu Tuncla arenanın mühafizə xidmədi şöbəsində çalışan Vef Karakurdudur. Tunc 29 yaşında ölüb.
Xatırladaq ki, matçdan sonra arenanın önündə 2 partlayış olub. Bunlardan biri "Süzer Plaza"nın yaxınlığında - Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının olduğu avtobusun yaxınlığındakı minalanmış maşında baş verib. Digəri isə Maçka parkında qeydə alınıb. İstanduldakı terakt nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb, 166 nəfər yaralanıb.