Türkiyə Futbol Federasiyası Super Liqada ötən gecə "Beşiktaş" - "Bursaspor" oyundan sonra baş verən terror aktı ilə bağlı rəsmi açıqlama yayıb.
Sportnet.az-ın məlumatına görə, "Vodafone Arena"nın qarşısında bombanın partlaması nəticəsində həlak olan 38 nəfərin xatirəsi yad olunacaq: "Həmin teraktda şəhid olan polis və vətəndaşlarımızın xatirəsinə 1 günlük milli hüzn elan olunub. Peşəkar və həvəskar liqalarda dekabrın 11-də və 12-də oynanılacaq bütün matçlardan öncə ölənlərin xatirəsi 1 dəqiqıik sükutla yad olunacaq, stadionlardakı bayraqlar yarıyadək endiriləcək və oyunların gedişində musiqinin verilməsi olmayacaq".