"Beşiktaş"ı stadionu qarşısındakı terakt "Qaziantepspor" klubunun planlarını pozub. Sportnet.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis Marius Şumudike bu üzdən Qaziantep təmsilçisinin baş məşqçi postuna gəlməkdən imtina edib.
Halbuki, bunadək ilkin razılığını verən Şumudike vətənində rəhbərlik etdiyi "Astra" klubu ilə vidalaşmışdı. O, Türkiyəyə sabah rəsmi müqaviləyə imza atmaq üçün gəlməli idi. Ancaq terror haqda məlumat alan mütəxəssis səfərdən imtina edib.
Xatırladaq ki, "Beşiktaş" - "Bursaspor" matçından sonra baş verən bomba partlayışı nəticəsində 29 nəfər həlak olub, 40 nəfər yaralanıb.