İspaniya Sequndasında XVIII turun oyunları keçirilib. Sporntet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" səfərdə "Kordoba" ilə qarşılaşıb.
Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan İsrafilov 57-ci dəqiqədə əvəzlənib. Bundan 2 dəqiqə öncə isə yarımmüdafiəçi sarı vərəqə alıb.
"Kadis" 18 turdan sonra 27 xalla 22 komanda arasında 4-cü yerdə gedir.






































































