1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
AFFA "İnter"in futbolçusunu cəzadan azad etdi
Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda "Təhsil” Respublika İdman Mərkəzinin məşqçi Tural Kərimovla bağlı müraciətinə və "İnter”in U-17 komandasının futbolçusu Riyad Abbaszadənin müraciətinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin "Təhsil” Respublika İdman Mərkəzinin məşqçisi Tural Kərimovla bağlı çıxardığı qərar qüvvədə saxlanılsın.
2. "İnter”in U-17 komandasının futbolçusu Riyad Abbaszadə barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 6 aylıq sınaq müddəti təyin olunmaqla verilmiş cəzadan azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Riyad Abbaszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.