1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Qarabağ"a qol vuran hücumçu Avroliqanın rəmzi yığmasında
UEFA Avropa Liqasının qrup mərhələsinin rəmzi yığmasını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, həmin "11-lik"də "Qarabağ"ın qrupda rəqibi olmuş "Fiorentina"nın hücumçusu Nikola Kaliniç düşüb.
Xorvatiya millisinin da üzvü olan təcrübəli futbolçu Ağdam klubu ilə hər matçda iştirak edib, Florensiyada 5:1 hesabı ilə qalib gəldikləri oyunda qol vurub.
Rəmzi yığmada Bredli Cons ("Feyenoord"), müdafiəçilər Simon Kyaer ("Fənərbağça"), Vircil van Deyk ("Sautgempton"), Pol Lirola ("Sassuolo"), Domeniko Krişito ("Zenit"), yarımmüdafiəçilər Daniel Miliçeviç ("Gent"), Rafaeı Xoltsxauzer ("Austriya"), Julianu ("Zenit"), hücumçular Nikola Kaliniç ("Fiorentina"), Leon Beyli ("Genk") və Edin Dzeko ("Roma") yer alıb.
Julianu qrupda 6 qol və 4 məhsuldar ötürmə ilə "qol+məhsuldar ötürmə" sistemində turnirin ən yaxşı futbolçusu olub.