1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Kriştianu Ronaldu: "İlk mükafatdakı emosiyaları hiss edirəm"
"Bu, mənim işimdir. Həmişə ən yaxşı olmağa çalışıram".
Sportnet.az-ın məlumatına görə, bunu "Qızıl top" mükafatına 4-cü dəfə sahib olan Kriştianu Ronaldu deyib. "Real Madrid" və Portuqaliya yığmasının hücumçusu "France Football"ın apardığı səsvermənin yekununa əsasən bu il dünyanın ən yaxşı futbolçusu seçilib. 31 yaşlı oyunçunun fikrincə, bu nailiyyət yaınız komanda şəklində mümkündür. O, şəxsi uğuru naminə çox şeyi qurban verdiyini bildirib: "Ancaq mənim üçün əsas məsələ komanda və onun titullarıdır. "Real Madrid"lə Portuqaliya millisi qalib gəlmirsə, onda mən də qələbə qazanmıram. Buna görə komanda mənin üçün ilk növbədədir".
Ronaldu "Qızıl top"u 4-cü dəfə qazanmasını özü üçün böyük şərəf adlandırıb: "Həminki, ilk dəfə mükafatı qazandığım emosiyaları hiss edirəm. Arzum yenidən gerçəkləşdi. Mən heç vaxt təsəvvür etmirdim ki, bu mükafatı 4-cü dəfə qazanacağam. Klub və yığmadakı komanda yoldaşlarıma minnətdaram. Mən çox qürurlu və xoşbəxtəm".
Qeyd edək ki, Kriştianu Ronaldu ilk dəfə "Qızıl top"u 2008-ci ildə qazanıb.