Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb. Sportnet.az-ın Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç yığmasına gələn M.Foystonun 3 illik müqaviləsinə isə ötən gün xitam verilib.
Qeyd edək ki, ilk görüşdə Bakıda Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olan Norveç yığması 4 oyundan sonra 3 xalla qrupda 5-ci pillədə qərarlaşıb.