"Qəbələ"nin sabiq futbolçusu Aleksey Qayın çıxış etdiyi Rusiyanın "Kuban" klubu ağır maliyyə vəziyyətindədir. Sportnet.az-ın məlumatına görə, I Divizionda oynayan Kransdonar təmsilçisi nə baş sponsor tapıb, nə də futbolçulara olan maaş borclarını ödəyib.
Bəzi oyunçular 4-5 aydır məvaciblərini almır. Bir çox futbolçu Rusiya Futbol İttifaqına şikayət etmək fikrindədir. Onların tələblərinin müsbət cavablandırılacağı və nəticədə "Kuban"ı sərbəst futbolçular kimi tərk edə biləcəkləri gözlənilir. Belə olan halda, krasnodarlılar qış fasiləsində heyətsiz qalacaq.
Qeyd edək ki, Qayın bu yay keçdiyi komanda 24 oyundan 28 xalla turnir cədəvlində 14-cü pillədə yer alıb.