1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlin ən yaxşı jurnalisti mükafatlandırıldı
İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin qalibləri-2016" layihəsi çərçivəsində "İlin idman jurnalisti" nominasiyasında qalib müəyyənləşib. Sportnet.az xəbər verir ki, bu, "Futbol+" qəzetinin əməkdaşı Sərxan Musalıdır.
Bu nominasiyada 57 respondentdən 53-ü səs verib. Onlardan 18-nin (34 %) səsini qazanan qalib ən yaxın izləyiciləri İbrahim Cəfərov (Futbolxeber.az) və Emin Səfərovu (Futbol11.az) 13 səs qabaqlayıb. Sonrakı pillələri hərəyə 2 səslə Amal Abuşov (Sport7.az), Elçin Cəlilov (Futbolpress.az), Həbib Aslanov (Futbol+), İlkin Xəlilov (ATV), Rövşən Əhlimanoğlu ("Report") və hərəyə 1 səslə Elsevər Məmmədov (Qafqazinfo.az), İxtiyar Əsgərov (Apasport.az), Bəxtiyar Məmmədov (İdman), Anar Xanlarov (Rekord.az), Elmir Əliyev (Haqqın.az), Natiq Muxtarlı (Komanda.az), Orxan Sübhan (CBC Sport), Tengiz Məmmədov (Apasport.az), Siyavuş Əliyev (İdman Azərbaycan), Əlisahib Əliyev (Fanat.az), Şəfi Şəfiyev (Futbol+), Mehman Süleymanov (Sportnet.az), Rəhim Əliyev (f-1.az), Rüstəm Əfsərli (CBC Sport), Mərdan Həsənov (Newsport.az) tutub.
Qalibə mükafatı əməkdar jurnalist," "İdman" qəxetinin baş redaktoru Qabil Mehdiyev təqdim edib.