"Qapıçımız Emil Balayevin avtomobil qəza ilə bağlı məsələsi demək olar bağlanıb". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bildirib.
Ağdam klubuna cari mövsümün gedişində keçən gənc qapıçı Emil Balayevin idarə etdiyi avtomobillə Əmircan qəsəbəsində törətdiyi qəza nəticəsində Bağırovlar ailəsində faciəsində baş verib. Əbdülbağır Bağırovun 6 aylıq körpəsi Xalid Bağırov dünyasını dəyişib.
Çəlikəlin sözlərinə görə, qarşı tərəfin şikayətçi olmamağı məsələnin Balayevin xeyrinə həll olunmasında rol oynayıb: "Əlbəttə, baş verən olay üzücü bir hadisədir. Qarşı tərəfin şikayətçi olmamağı məsələnin qapanmağına kömək etdi".