1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Real Madrid"dən yeni rekord
İspaniyanın "Real Madrid" klubu yeni bir rekorda imza atıb. Sportnet.az-ın məlumatına görə, Madrid təmsilçisi 2002-ci ildən çıxdığı final matçlarında məğlub olmayıb.
Komanda həmin ildən bu yana 9 dəfə finala çıxıb. Hazırda Zinəddin Zidanın rəhbərlik etdiyi komanda Çempionlar Liqası, Superkubok və klublararası dünya kubokunda birinci olub.
"Real Madrid" 9 kubokun 6-sını 2014-ci ildən sonra əldə edib.
Üstəlik klubun növbəti müsbət göstəricisi isə məğlubiyyətsizlik seriyası ilə bağlıdır. Z.Zidanla cari ildə 3 - Çempionlar Liqası, Superkubok və klublararası dünya çempionatını qazanan komanda bu müddətdə 37 oyun keçirib və yalnız 2 qarşılaşmada məğlub olub.
Buna qədər "Real Madrid"in məğlubiyyətsizlik seriyası 34 olub.