Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Trabzonspor" klubu ölkə kubokunda növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Trabzonda baş tutan matçda rəqib aşağı "Kızılcabölükspor" olub.
Qarşılaşma Trabzon klubunun böyükhesablı qələbəsi ilə nəticələnib - 5:0. Ramil bu oyuna sifariş olunan 18 nəfərlik heyətdə yer almayıb.
Bu, Şeydayevin komandasının qrupda ilk qələbəsi olub. "Trabzonspor" 3 oyundan 4 xalla turnir cədvəlində 3-cü pillədə gedir.
Türkiyə kuboku, qrup mərhələsi
H qrupu
19:30. "Trabzonspor" - "Kızılcabölükspor" - 5:0
Qollar: Mustafa Yumlu, 10, Guray Vural, 30, Abdulkadir Omur, 35, Yusuf Yazıçı, 61-pen, Yusuf Erdoğan, 85