Bakının "Neftçi" klubu AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnib. Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da "Zirə" ilə keçirilən Azərbaycan Kubokunun 1/4 final matçının 64-cü dəqiqəsində meydan sahibi azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi kluba 800 manata başa gəlib.
Həmin görüşdə Zirə təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
AZAL - "Qəbələ" və "Kəpəz" - "İnter" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.