"Zirə"nin sabiq legioneri Nelson Bonilya Azərbaycan milli komandasının sabiq futbolçularına rəqib olub. Sportnet.az-ın məlumatına görə, Paraqvay yığmaısnın hücumçusu Portuqaliyanın "Nasional" klubuun heyətində millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" ilə ev oyununda fasilədən dərhal sonra meydana çıxıb.
Meydan sahibləri ilk hissədən sonra hesabda 0:2 geridə olduğundan hücum xəttini Bonilya ilə gücləndirmək məqsədəuyğun sayılıb. Nelson ötən çempionatda Kamrana qarşı oynayıb. Ağayev onda "İnter"də çıxış edirdi. Mahmudov isə indiyədək klublarımızda forma geyinməyib.
Qeyd edək ki, Bonilya bu yay keçdiyi "Nasional"da 5 oyunad 2 qol vurub.