1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bovaişta"ın baş məşqçisi Mahmudovu fərqləndirmədi: "Ədalətli nəticə oldu"
"Ədalətli nəticə oldu. Əslində, oyunda daha bir qol vura bilərdik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta" klububun baş məşqçisi Migeal Lill bildirib.
Portuqaliya çempoionatının XV turunda səfərdə "Nasional"la 2:0 hesabı ilə qalib gəldikəri oyundan sonra mətbuat konfransında fikrilərini açıqlayan mütəxəssis komandasının matç boyu üstün tərəf olduğunu qeyd edib: "Nəticədə oyunda strategiyamızı həyata keçirdik. Bu, matçın əvvəlində təzyiqi artırmaq və erkən qol vurmaq idi. Buna görə düşünürəm ki, qalib olmağımız ədalətli idi".
Həmin erkən qolun müəllifi 11-ci dəqiqədə fərqlənən Mahmudov olsa da, Lill futbolçumuzun adını çəkməyib: "Biz mümkün yüksək reytinq uğrunda mübarizə aparırıq. İstəyirik ki, məqsədlərimizə tez çataq. Bundan sonrasına baxarıq. Hər iki ayağımız yerdə olmalıdır. "Boavişta" yüksək liqada mövqeyini möhkəmləndirmək üçün inkişaf edir. Yuxarı pillələrə qayıtmağımız üçün təməl yaratmağa çalışırıq. Ancaq bu, tez bir zamanda baş vermir. Bu, vaxt, işə özünü həsr etməyi tələb edir. Biz də bunu edirik".
Lill sonda hamını, xüsusilə "Boavişta" ailəsini qarşıdan gələn yeni il münasibətilə təbrik edib.