1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter"lə cavab oyunundan sonra "Kəpəz” istirahətə buraxılıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər.
"Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər. Hazırlıq planına əsasən, Gəncə klubu ayın 11-də məşqlərə başlayacaq. İki günlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək. "Kəpəz” qış fasiləsində hazırlıq dövrünü ölkə daxilində keçirəcək. Gəncəlilər Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşacaq. "Kəpəz” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq.
Toplanış müddətində Nizami yurdunun təmsilçisi ayın 17-i və 19-da yoxlama oyunları keçirməyi planlaşdırıb. Komanda eyni gündə fərqli heyətlə iki görüşə (ümumilikdə 4 görüşə) çıxacaq.
Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq "sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra "Kəpəz” təqvim oyununa hazırlaşacaq.