Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" klubu Türkiyə Super Liqasının son turunda böyük hesabla uduzub. Sportnet.az-ın məlumatına görə, Ərsun Yanalın komandası XVI turda evdə "Fənərbağça"ya 0:3 hesabı ilə məğlub olub.
Meydan sahibləri 27-cu dəqiqədə futbolçusu Yusuf Erdoğan birbaşa qırmızı vərəqə aldığından görə matçın böyük hissəsini azlıqda keçirib. Ramilin adı matçın protokoluna daxil edilməyib.
"Trabzonspor" bu ili 18 xalla 13-cü pillədə bitirib.