1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in məşqçisi: "Futbolçularımıza daha yaxşı təkliflər gəlir"
"Futbolçularımızdan kimisə göndərmək planımızda yoxdur. Çünki onsuz da FİFA-dan transfer qadağası üzündən yeni futbolu ala bilmərik. Ona görə heyətimizi mütləq qorumalıyıq". Bu fikirləri Sportnet.az-a açıqlamasında "İnter"in seleksiyaçı məşqçisi Zaur İsmayılov bildirib.
Onun sözlərinə görə, FİFA-nın 2 transfer müddəti qoyduğu qadağa üzündən heyəti qorumaqları qarşılarında duran əsas məqsəddir: "Kimlərləsə yollarımızı ayırmağı yox, yayda müqavilələri bitən futbolçularla anlaşmanın müddətini indidən artırmaq haqda düşünürük. Hazırda bu məsələ gündəmdədir. Açığı, başqa klublardan futbolçularımıza təkliflər var. Onlarə sərfəli şərltər müqabilində heyətlərinə qatmaq istəyirlər. Buna görə də heyətimizi qorumaq üçün müqavilələri indidən artırmağa çalışmalıyıq. Qərara əsasən yayda da futbolçu ala bilmirik".
Maraqlıdır, "İnter"in futbolçuları vəziyyətdən sui-istifadə edərək transfer qiymətlərini qaldırırlarmı? İsmayılovu dinləyək: "Futbolçularımıza daha artıq məbləğə təkliflər var. Onlar arasında milli üzvləri - Səlahət Ağayev, Ruslan Abışov, Ağabala Ramazanov var. Hər bir klub belə oyunçuları heyətində görmək istəyər. Futbolçuya daha yaxşı təklif olanda bunu dəyərləndirir. Bu, təbii şeydir. Əvvəlcə klubundakı vəziyyətə baxır. Normal olsa qalır, olmasa getməyə qərar verir. Qiymət qaldırılması da mümkündür. Futbolçu qıtlığında hər şey ola bilər. Ancaq futbolçularımız klub qarşısında şərt qoymayıb ki, müqaviləyə yenidən baxılsın. Sadəcə, biz özümüz bilirik ki, bir sıra futbolçularımızla maraqlanırlar. Onlar arasında "Neftçi"nin olduğunu eşitmişik. Ona görə rəqiblərimizi özümüz gərək qabaqlayaq. Yaxşı şəraiti öz klubumuzda yaradaq ki, futbolçular başqa yerə getməsinlər".