"Neftçi" klubu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb.
Spotnet.az-ın məlumatına görə, hazırda Belekdə olan komanda üzvləri "Bellis" otelində məskunlaşıb. Yeni transferlərdən Namiq Ələsgərovla Georgi Navalovski komanda ilə birgə olsa da, İqnasio Herrera və Zdenek Folpext hələ kollektivə qoşulmayıb. İlk məşq bu gün Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində "Neftçi" ilk yoxlama matçını yanvarın 8-də Türkiyə "Sivasspor"una qarşı keçirəcək. Yanvarın 15-də rəqib Albaniyanın "Kukesi", ertəsi gün Rusiyanın "Tosno", yanvarın 18-də isə Rusiyanın "Terek" komandası olacaq.