1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" üçün 2 məşq
"Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Sportnet.az-ın məlumatına görə, hazırlığın altıncı günündə meydançada iki məşq nəzərdə tutulmuşdu.
Antalyada kəskin hava şəraiti ilə əlaqədar olaraq komanda ilk məşqini fitnes zalında keçirib. Komandanın trenajor məşqləri təxminən 1 saat davam edib.
Günün ikinci məşqi isə yerli vaxtla 17:00-da (Bakı vaxtıyla 18:00-da) hava şəraitinə baxmayaraq, meydançada start götürüb. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu – Reynaldo Silva və Elşən Abdullayev fizioterapevt nəzarəti altında məşqlərini davam etdirib.
Qeyd edək ki, "Qarabağ"ın sabah üçün bir məşqi nəzərdə tutulub.