
İngiltərənin "Mançester Yunayted" klubu Liqa Kubokunun ilk yarımfinal matçında "Hall Siti"ni məğlub edib. Sportnet.az-ın məlumatına görə, Mançesterdə keçirilən görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Oyunda qolları Xuan Mata (56-cı dəqiqə) və Maruan Fellaini (87) vurub.
Cavab görüşü yanvarın 26-da "Hall"ın meydanında baş tutacaq.