
Qazaxıstanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-19) baş məşqçisi Aleksandr Kuznetsov FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə qrupda rəqibi olmuş Azərbaycan U-19-dan söz açıb. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis son turda 2:0 hesabı ilə məğlub etdikləri litvalı həmyaşıdlarına minnətdarlıq edib.
Bu da rəqibə göstərdiyi oyuna görədir: "Litva yığması çox təşkilatlanmış komandadır. Onun müdafiəçisi açmaq çətindir. Azərbaycan və Slovakiya buna əmin olublar. Bu gün səhər oteldə öz-özümə dedim ki, komandamız turnirin 1/4 finalına çıxan Qazaxıstanın ilk yığması kimi tarixə düşə bilər. Yetirmələrəim dedim ki, buna yalnız özünüz mane ola bilərsiniz. Bizim plan işə düşdü, futbolçularımıza əzmkarlığa görə sağ olsunlar.
Xatırladaq ki, qazaxlar növbəti mərhələyə qrupumuzun lideri kimi çıxıb.