"Boavişta" klubu bu gün Portuqaliya çempionatında XVII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib çempionatın lideri "Benfika" olub. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş Lissabondakı "Eştadiu da Luj" stadionunda keçirilib.
"Boavişta"nın qapısını yenə Azərbaycan millisinin üzvü Kamran Ağayevin qoruyub. Emin Mahmudov isə avtoqol edən komanda yoldaşı Fabio Espinyonu 89-ci dəqiqədə əvəzləyib.
Qonaqlar ilk hissənin ortasında 11 dəqiqəyə vurduğu 3 qolla hesabda 3:0 irəlidə olsa da, bu üstünlüyü əldən verib. "Benfika" inanılmaz əzmkarlıq göstərərək vurduğu 3 qolla əzmkar heç-heçəyə nail olub. Ağayev qollardan 1-ni penaltidən, 1-ni isə öz komanda yoldaşından buraxıb. Kamran 75-ci dəqiqədə sarı vərəqə alıb.
17 turdan sonra "Boavişta" 21 xalla 11-cu pillədə qərarlaşıb.
Portuqaliya çempionatı, XVI tur
20:00. "Benfika" - "Boavişta" - 3:3
Qollar: Konstantinos Mitroğlu, 41, Jonas, 52-pen, Fabio Espinyo, 67-öz qapısına - Yuri Medeyros, 14, Lukas De Lima, 20, Andre Şembri, 25
Lissabon, "Eştadiu da Luj"
Baş hakim: Luiş Ferreyra