
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Sumqayıt" qonşu ölkədə hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, komanda bu gün 2 məşq əsnasında günü başa vurub.
Yerli vaxtla saat 10:00-da baş tutan səhər məşqində komana iki hissəyə bölünüb. Bir gün əvvəl "Şkenderbeu” ilə matçın ilk onbirliyində yer alan futbolçular yüngül qaçışla kifayətlənərək hazırlığın sonunda "tennis-bol" oynayıb. Digər qrup isə plan əsasında çalışmalarını davam etdirib və məşqin sonunu iki tərəfli oyunla yekunlaşdırıb.
"Sumqayıt"ın yerli vaxtla saat 16:00-da start götürən hazırlığı isə fitnes klubda baş tutub. Hazırlıq təxminən 50 dəqiqə davam edib.
Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi komanda sabah da 2 məşq əsasında günü yekunlaşdıracaq. Məşqlər saat 10:30 və 16:30-da baş tutacaq.