
Bakının "Neftçi" klubunun heyətinə cəlb etmək istədiyi Azərbaycan millisinin üzvü Pavel Paşayev Türkiyənin Antalya bölgəsinə yollanıb. Sportnet.az-ın məlumatına görə, o, hazırda çıxış etdiyi Ukraynanın "Stal" klubu ilə birgə hazırlıq keçəcək.
Komandanın qış təlim-məşq toplanışına bu gündən start verilib. Ayın 30-dək davam edəcək hazırlıq prosesində 25 futbolçu iştirak edəcək.
Qeyd edək ki, "Neftçi" klubu Pavel Paşayevi heyətinə cəlb etmək üçün danışıqlar aparır. Lakin bugünədək keçid baş tutmayıb.