
Paytaxt klubu yay təlim-məşq toplanışı dönəminə ikinci dəfə "Şuşa” ilə qarşılaşıb. İyulun 16-da baş tutan ilk dueldə rəqibinə bir cavabsız qolla uduzan "Rəvan” FK həmin yenilginin əvəzini çıxıb. "Aslanlar” "Dalğa Arena”da reallaşan oyunda "Şuşa”nı 2:1 hesabı ilə üstələyiblər. Komandanın qollarını Aslan Hüseynovla Elgün Abbaslı vurub.