
Azərbaycan Premyer Liqasının bütün oyunları yenidən canlı yayımlanacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a "CBC Sport"un baş direktoru Volkan Üst bildirib.
O deyib ki, əvvəl olduğu kimi azarkeşlər yenidən çempionat oyunlarını rahatlıqla evdən izləyə biləcəklər: "Artıq ikinci səyyar telestansiyamız (STS) da istifadəyə tam hazırdır. Bundan sonra bütün oyunları yenidən kanalımız vasitəsilə canlı yayımlayacağıq. Əlbəttə, turun 4 qarşılaşmasının hamısı eyni günə təsadüf etməsə".
Qeyd edək ki, ötən ilin sonlarında televiziya bir STS-lə fəaliyyət gösdərdiyi üçün Premyer Liqanın bütün oyunlarını yayımlaya bilmirdi.