Yanvarın 26-da İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Yaşar Vahabzadə də qatılacaq. O, səfərə AFFA-nın texniki direktorunun müavini Zaur Hacı-Məhərrəmovla birgə çıxır.