Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda daha bir finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Kamerun yığmasıdır.
Uqo Broosun baş məşqçi olduğu komanda yarımfinalda Qananı məğlubiyyətə uğradıb - 2:0. Qolları 72-ci dəqiqədə Mişel Nqadu-Naaci, 90+3-cü dəqiqədə isə Kristian Bassoqoq vurub.
Beləliklə, fevralın 5-də keçiriləcək final matçında Kamerun Misirlə qarşılaşacaq. Bundan bir gün öncə isə 3-cü yer uğrunda görüşdə Qana və Burkina-Faso yığmaları üz-üzə gələcək.
Qeyd edək ki, əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələn ilk yarımfinal matçında Misir Burkina-Fasonu penaltilər seriyasında üstələyib - 4:3.