1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramil Şeydayev "Jilina"dakı hədəflərini açıqladı
Slovakiyanın "Jilina" klubu Türkiyə "Trabzonspor"undan icarəyə götürdüyü Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevi təqdim edib. Sportnet.az-ın məlumatına görə, təqdimat mərasimində 21 yaşlı hücumçu yeni kluba keçidi ilə bağlı fikirlərini bölüşüb.
O, "Jilina"nın rəsmi saytına açıqlamasında mütəmadi oynamaq üçün yaxşı seçim etdiyinə sevindiyini bildirib: "Keçidimə sevinirəm. Mənim üçün yaxşı seçimdir, bu mütəmadi olaraq oynamaq və öz komandama fayda vermək üçün bir fürsətdir. Mən "Trabzonspor"un slovakiyalı legionerləri Matuş Bero və Yan Düritslə danışdım və onlar məni inandırdılar ki, "Jilina" böyük klubdur və mənə uyğundur. Hesab edirəm ki, burada müntəzəm çıxış edə biləcəyəm. Birlikdə çempion olaraq, avrokuboklarda mümkün qədər mərhələ adlayacağımıza ümidvaram. İlkin təəssüratlarım çox yaxşıdır. Yeni klubda oynamağa başlamaq imkanımı səbrsizliklə gözləyirəm".
Qeyd edək ki, gələn həftənin əvvəllərində tibbi baxışdan keçdikdən sonra Ramil Şeydayev 1,5 illik rəsmi icarə müqaviləsinə qol çələcək.