
Anqolada futbol oyunu zamanı düşən basırıqda 17 nəfər ölüb.
Sportnet.az-ın məlumatına görə, faciə ölkənin şimalında yerləşən Uiqe şəhərində baş verib. Kütlə içərisində olan insanlar yıxılanların üstünə çıxmaq məcburiyyətində qalıblar. 76 nəfər xəsarət alıb, onlardan 17-si ölüb.
Basırığın səbəbi məlum deyil.