1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bursaspor"un baş məşqçisi: "Yılmazın hərəkəti qırmızı vərəqə idi"
"Ötən həftə olduğu kimi, bu turdakı oyunumuzda da uzun müddət 10 nəfərlə mübarizə apardıq. "Kayserispor"la matçda 70-75 dəqiqə 10 nəfərlə oynadıq. Təbii k, bu, asan deyil". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor"un baş məşqçisi Mutlu Topçu bildirib.
Türkiyə Super Liqasının növbəti turunda səfərdə "Kayserispor"a 0:2 hesabı ilə məğlub olan Bursa təmsilçisi matçın 71 dəqiqəsini azlıqda keçirməli olub. Bu da Yılmazın 19-cu dəqiqədə birbaşa qırmızı vərəqə alması ilə bağlı olub. Bundan öncəki turda "Fənərbağça" ilə oyunda da futbolçusu meydandan qovulduğuna görə azlıqda qalmalı olan "Bursaspor" onda bərabərliyə qalmışdısa, bu dəfə məğlubiyyətdən qaça bilməyib.
Topçu futbolçularını geyindikləri formalarda layiqli oyun göstərmələrini tələb edib: "Bursaspor"un forması çox dəyərlidir. Özümüzün özümüzü günahlandırmağım lazımdır. Mən də daxil olmaqla hər kəs bu formanın haqqını verməlidir. Ötən həftə qırmızı vərəqə aldığımızda ilk "sarı"nı doğru saymıram. Ancaq bu dəfə Denizin etdiyi hərəkət qırmızı vərəqə idi. "Kayseripsor"la Leventin aldığı sarı vərəqə aldığı epizoda da baxmaq lazımdır. "Kayserispor"un ikinci qolunun ofsayddan vurulduğu söylənilir, ancaq bizim özümüzə baxmağımız lazımdır".