Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya II Bundesliqasında növbəti qolunu vurub. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi çıxış etdiyi "Aue"nin heyətində XVII turun "Braunşveyq”lə səfər matçında fərqlənib.
Nazarov fasilədən dərhal sonra, komandası hesabda 0:1 geridə olarkən meydana daxil olub. Futbolçumuz bundan 11 dəqiqə rəqib qapısna təyin olunan penaltini qola çevirib. Matç elə 1:1 hesabı ilə yekunlaşıb. 
 Ardıcıl ikinci oyundur bərabərliyə qalan Nazarovun komandası 18 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. 









                 





    
    
    
    
    
    
    
    
    






















































