Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, matçlardan biri Sumqayıtda, digəri Qəbələdə keçirilib.
Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə AZAL qarşılaşıb. Görüşün taleyini 13-cü dəqiqədə Yusif Nəbiyevin vurduğu qol həll edib. Bu qələbədən sonra xalını 25-ə çatdıran meydan sahibləri 4-cü pilləni "Zirə”dən geri alıblar. "Təyyarəçilər” isə 8 xalla sonuncu – 8-ci yerdədirlər.
Turun son matçı "Qəbələ” və "Qarabağ” komandaları arasında baş tutub. Cari mövsümdə çempionluğa əsas namizəd olan bu kollektivlərin növbəti dueli meydan sahiblərinin qalibiyyəti ilə nəticələnib. Matçda hesabı 28-ci dəqiqədə Sergey Zenyov açıb. 69-cu dəqiqədə isə Filip Ozobiç son nöqtəni qoyub. Bu, həm də bombardirlik yarışında liderlik edən xorvatiyalı yarımmüdafiəçinin 12-ci qolu olub.
Beləliklə, xalını 42-yə çatdıran Qəbələ təmsilçisi zirvəni ələ keçirib. Roman Qriqorçukun komandası 42 xala malik olan Ağdam klubunun şəxsi görüşlərdə üstələdiyinə görə lider olub.
Çünki cari çempionatda "Qəbələ" evdə Filip Ozobiç və Baqali Dabonun qolları ilə qalib gəlib (2:1). "Qarabağ" isə "Azərsun Arena"da 2:1 üstün olub. Filip Ozobiçin hesabı açdığı qarşılaşmada Riçard Almeyda və Dino Ndlovun qolları Ağdam komandasına 3 xal qazandırıb.
Azərbaycan Premyer Liqası
XIX tur
19 fevral (bazar)
15:00. "Sumqayıt” – AZAL - 1:0
Qol: Yusif Nəbiyev, 13
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
"Kapital Bank Arena”
17:30 "Qəbələ” – "Qarabağ” - 1:0 (İKİNCİ HİSSƏ)
Qollar: Sergey Zenyov, 29, Filip Ozobiç, 69
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu