"Bu, mənim
üçün hər mənada maraqlı il idi. Avrokubokda iştirak etmək hüququ verən, Azərbaycanın
bütün klubları ilə rəqabətədavamlı komanda yarada bildik.”, - Sportnetaz.-ın məlumatına
görə, bu sözləri "Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin "Sport-Ekspress”ə açıqlamasında deyib.
Rusiyalı mütəxəssis yaxın planlarından da danışıb: "Qısa fasiləyəyə ehtiyacım var, azacıq dincəlim, ötən mövsümü götür-qoy edim və bundan sonra yeni təklifləri nəzərdən keçirməyə hazıram. Gizlətmirəm, indi də müxtəlif təkliflər alıram. Azarkeşlərə və klub rəhbərliyinə təşəkkür edirəm. Bu, unudulmaz anlar idi”.