
Peşəkar Futbol Liqası I Divizionda mart ayının ən yaxşı 5 qolunu müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, onların arasında azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə ən yaxşısını seçəcək. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu PFL-in rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir.
Qeyd edək ki, sorğu 6 aprelə qədər qüvvədə olacaq.