1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" ilk transferini rəsmiləşdirdi
2013-2014 mövsümünü bürünc medallarla tamamlayan "Qəbələ" klubu Bakının "İnter" komandasından ayrılan futbolçu Ruslan Əmircanovla münasibətlərini rəsmiləşdirib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.
Əmircanov "gabalafc.az"a açıqlamasında "qara-qırmızı" forma geyinəcəyini məmnuniyyətlə qarşıladığını, yeni komandasının uğur qazanması üçün əlindən gələni əsirgəməyəcəyini deyib: "Qəbələdə futbol üçün yaradılan şərait bütün futbolçuları bu komandada oynamağa həvəsləndirir. İnfrastruktur istənilən səviyyədədir. Komandaya güclü azarkeş dəstəyi var. Bütün bu göstəricilər futbolçu üçün vacibdir. Buna görə də "Qəbələ"nin formasını geyinəcəyimə görə çox məmnunam. "Qəbələ" böyük hədəfləri, iddiaları olan komandadır. Yeni komandamın həm olkədə, həm də Avropa Liqasında uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəyəm"
Qeyd edək ki, Ruslan Əmircanov karyerası ərzində "Karvan", "Standard", "Neftçi" və "İnter" kimi komandalarda top qovub. O, Azərbaycanın U-15, U-17, U-19, U-21 və yığmasının da formasını geyinib.