Kəpəz" komandasının baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXIV turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları görüşü şərh edib. Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbaut konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Maraqlı oyun oldu. İlk hissədəki tempi qoruya bilmədik. İkinci hissənin əvvəlində buraxdığımız qol planlarınızı pozdu. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Alınmadı. Utanmağa dəyməz. "Qarabağ"ın gücü bəllidir. Bu gün bu komandanı udmağın mümkünlüyündən danışırıqsa, bunun özü böyük şeydi. Çalışacağıq çempionatı yaxşı pillədə başa vuraq. Rəqibi təbrik edirəm.
- "Kəpəz"in hədəfi yenə avrokuboka vəsiqə qazanmaqdır?
- Qarşıda 4 oyunumuz var, sona qədər oynayacağıq. Hara qədər gedə biləcəyik, zaman göstərəcək. "Kəpəz" həmin 4 oyunda qələbə qazanmaq gücündədir.