
Fransanın "Nitsa" klubunun və İtaliya yığmasının futbolçusu Mario Balotelli Lill şəhər hava limanında metal detektorunu dizi üstə sürüşərək keçib.
Sportnet.az-ın məlumatına görə, Balotelli XXXII turda "Lill" üzərində 2:1 hesablı səfər qələbəsini bu cür qeyri-standart formada qeyd edib. Təcrübəli hücumçu bu görüşdə "dubl" edib. Hava limanı əməkdaşları onun kefini pozmaq istəməyiblər.
Qeyd edək ki, hazırda "Nitsa" 70 xalla 3-cü pillədədir. Turnir cədvəlinə 74 xalla "Monako" başçılıq edir. PSJ isə 71 xalla 2-ci pillədə qərarlaşıb.