"Zirə" komandasının baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXVIl turu çərçivəsində "Sumqayıt"la 2:2 hesablı heç-heçədən fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 36 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Oyuna çox ciddi hazırlaşmışdıq. Səfərbərlik olmuşdu. Uduzsaydıq, vəziyyətimiz pisləşəcəkdi. Qol epizodlarımız oldu. Son 5 matçda şanslardan istifadə edə bilmirik. Qarşıda vacib görüşlərimiz var, onlara hazırlaşacağıq.
- Klub rəhbərliyi Avropa Liqasına vəsiqə barədə nə deyir?
- Son oyun AZAL-la qarşılaşacağıq. Bu oyundan sonra vəsiqəni təmin etsək, bu barədə danışacağıq.
- "Neftçi"nin limit pozduğunu öncədən hiss etsəydiniz, buna mane olardınız?
- Limitin pozulduğunu legioner meydana girəndən sonra gördüm. Elə sualdır ki, yalandan "edərdim" və ya əksini söyləyə bilmərəm.