23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesini davam etdirir.
Sportnet.az-ın məlumatına görə, bu gün AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzinin meydanında baş tutan açıq məşqdə 16 futbolçu iştirak edib.
Baş məşqçi Yaşar Vahabzadənin rəhbərliyi altında keçirilən hazırlıq prosesini AFFA Məşqçilər Komitəsinin üzvləri Vaqif Sadıqov və Ağasəlim Mircavadov da izləyib.
Qeyd edək ki, "Qarabağ"ın 5, "Qəbələ"nin isə 2 futbolçusu hazırlığa mayın 5-də keçiriləcək Azərbaycan Kubokunun final matçından sonra qatılacaqlar.