"Karyeramın son illərində yenidən həm çempion olmaq, həm də kuboku qazanmaq çox xoşdu”. Sportnet.az-ın məlumatıma görə, bunu "Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan kubokunum final matçında "Qəbələ" üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.
Sadıqov bildirib ki, qalib gələcəklərinə inamı az olub: "Sözün düzü, bu gün məğlub olacağımızı düşünürdüm. Birinci hissə gərgin keçdi. Ancaq uşaqlar ikinci hissədə artırdılar. Lazım olan qələbə qollarını vurdular”
Oyunun gedişində zədələndiyi üçün əvəzlənən kapitan vəziyyətinin nə yerdə olduğuna sabah aydınlıq gələcəyini açıqlayıb: "Dizim burxuldu. Bir az ağrı var. Zədəmin durumuna sabah tam aydınlıq gələcək”.
Mövsümü dəyərləndirən təcrübəli futbolçunun sözlərinə görə, son görüşlərdə öz oyunlarını tapmaları xeyirlərinə işləyib: "Əvvəlki mövsümlərlə müqayisədə oyunumuzda çox anlarda problemlər oldu. Əvvəl 2-3 matçda çətinliklə üzləşirdiksə, 7-8, bəlkə də 10 görüşdə problemlə üzləşdik. Zədəlilərimiz çox oldu. Heyətdə milli üzvləri kifayət qədər idi. Bütün bunlar oyunumuzda geriləməyə səbəb oldu. Buna baxmayaraq, mövsümün sonunda, ən vacib anda komanda yaxşı oynamağa başladı. Son 5-6 qarşılaşmada özümüzə bənzədik və yaxşı futbol nümayiş etdirdik. Nəticədə mövsümü 2 titulla başa vurduq".
Sadıqov baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandasının çempionluq şansı barədə də danışıb: "Hə, çempion olmaq şansı var. Amma hələ mövsüm bitməyib. Növbəti turda U-19 liqasında da "Qəbələ" ilə oynayırıq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |