
IV İslam Həmrəyli Oyunları çərçivəsində keçirilən Azərbaycan və Kamerun yığmaları arasında futbol matçını izləyənlər arasında dövlət rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri də var.
Sportnet.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və digər şəxslər tribunada yer alıblar.
Qeyd edək ki, oyun saat 18:30-da başlayıb.