1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əlcəzairin baş məşqçisi hakimlikdən şikayətləndi
"Yarışın təqvimi sıx olduğu üçün Azərbaycan yığmasının oyununu tam izləyə bilmədim".
Sportnet.az-ın məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Əlcəzair yığmasının baş məşqçisi Amör Şafik IV İslam Həmrəyli Oyunlarının yarımfinal mərhələsində Azərbaycan millisinə 0:2 hesablı məğlubiyyətdən sonra deyib.
O, bildirib ki, hakimlər ədalətsizliyə yol veriblər: "Xüsusən də yan xətt hakimlərinin oyundankənar vəziyyətlər və sarı vərəqələrlə bağlı səhvlər oldu. Lakin öncədən demişdim ki, bura oyun praktikası qazanmaq üçün gəlmişdik. Bizim komanda 20 yaşadək futbolçulardan təşkil olunub. Azərbaycanda isə 23 yaşadək futbolçular çıxış edir. Ona görə də hakimin köməyinə ehtiyacları yoxdur".
A.Çafik oyun ərzində Əlcəzairin məşqçilər korpusunun hakimlərə qarşı narazı jestlər etmələrinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hakimlərə təzyiq etməyiblər: "Hakimin düzgün olmayan qərarları var idi. Buna reaksiya verirdik. Oyun boyu hakimin tərəfkeşliyi və ədalətsizliyi göz qabağında idi".
Baş məşqçi komandanı bir ay ərzində topladıqlarını və məqsədlərinin təcrübə toplamaq olduğunu vurğulayıb: "İslamiadadan beynəlxalq yarışlara hazırlaşmaq üçün yararlanacağıq. Qarşıda bürünc medal uğrunda görüş var".
A.Çafik Əlcəzair futbolçularından birinin paltardəyişmə otağının qapısını qırmasına və Azərbaycanlı oyunçu ilə dəyişdiyi formanı yerə atmasına da münasibət bildirib: "Bu təsdiqin taparsa, ölçü götürəcəyik".