Rusiya
milli komandasının sentyabrın 3-də Azərbaycanla yoldaşlıq görüşü, sentyabrın
9-da Lixtenşteynlə 2016-cı il Avropa çempionatının seçmə qrup matçı üçün son
heyəti açıqlanıb. Sportnet.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına
istinadən məlumatına görə, baş məşqçi Fabio Kapello 25 futbolçuya dəvət
göndərib.
Bu dəfəki heyətə əvvəl çağrılan 32 nəfərdən 7-i düşə bilməyib. Bunlar müdafiəçilər - Aleksey Berezutski (MOİK), Andrey Yeşçenko ("Kuban”), Yevgeni Makeyev ("Spartak”), yarımmüdafiəçilər - Yuri Qazinski ("Krasnodar”), Kirill Pançenko (MOİK), Pavel Moqilevets ("Rubin”) və Dmitri Tarasovdur ("Lokomotiv”).
Qeyd edək ki, Rusiya millisi hazırlıq prosesinə sentyabrın 1-də başlayacaq. Millimizlə oyun "Ximki Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.