Rusiya
millisinin yığmamızla
keçirəcəyi yoldaşlıq oyunu öncəsi hazırlıq planına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, Fabio Kapellonun yetirmələri hazırlıqlara
senytabrın 1-dən başlayacaq.
Rusiya yığmasının ilk məşqi Moskva "Dinamo”sunun Novoqorskda yerləşən bazasında baş
tutacaq. Məşq Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Yığmanın ikinci məşqi
isə sentyabrın 2-də, Bakı vaxtı ilə saat 12:00-da olacaq. Hər iki məşqin ilk 20
dəqiqəsi mətbuat üçün açıq olacaq. Hazırlığın sonunda isə mikst-zonada Rusiya
millisinin 2 futbolçusu ilə mətbuat nümayəndələrinin ünsiyyət qurmasına şərait
yaradılacaq.
Həmçinin
sentyabrın 2-də Kapellonun "Arena Ximki”də oyun öncəsi mətbuat konfransı
olacaq. Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək konfransda Rusiya millisinin
baş məşqçisi və kapitan Vasili Berezutski yerli və azərbaycanlı jurnalistlərin
suallarını cavablandıracaq.
Qeyd edək ki, Rusiya – Azərbaycan matçı sentyabrın 2-si, saat 20:00-da start götürəcək.