Bakı "İnter”inin əvəzedici komandasında baş məşqçi dəyişikliyi baş verib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Fizuli Məmmədovu uzun müddətdir işsiz qalan Ramiz Məmmədov əvəzləyib.
Lakin R.Məmmədovun əsas komandanın da baş məşqçisi təyin olunmaq ehtimalı var. Hazırda klub rəhbərliyi ilə 49 yaşlı mütəxəssis arasında danışıqlar davam edir.
Xəbəri Sportnet.az-a açıqlamasında F.Məmmədov da təsdiqləyib. O, bildirib ki, "İnter"lə müqaviləsinin müddəti başa çatdığı üçün klubu tərk edib: "Bu gün rəhbərliklə görüşüm oldu. Müqaviləmin müddəti bitmişdi, uzatmağı lazım bilmədilər. Xidmətimə görə təşəkkür edib, yola saldılar".
Həmçinin "İnter”in U-19 komandasının da baş məşqçisi F.Məmmədovu qardaşı Xəqani Məmmədov da göndərilib. Onu Məqsəd Yaqubəliyev əvəzləyib.
Qeyd edək ki, Ramiz Məmmədovun son iş yeri "Qəbələ" klubu olub. O, ikinci dəfə rəhbərlik etdiyi Qəbələ təmsilçisindən 2012/2013 mövsümündə istefaya göndərilib.