Türkiyənin "Beşiktaş" komandasının məşqində dava düşüb.
Sportnet.az-ın "Hurriyet"ə istinadən məlumatına görə, epizodların birində Adriano və Gökhan İnler arasında gərginlik yaşanıb. Tərəflər bir-birilərinə fiziki təzyiq göstərməyə başlayıblar. Dərhal komanda yoldaşları araya girərək, onları ayırıblar. Nəticədə münaqişə daha da böyümədən aradan qalxıb.
Qeyd edək ki, "Beşiktaş" mayın 28-də Türkiyə Super Liqasının XXXIII tur matçında "Qaziantepspor"un qonağı olacaq. Qələbə təqdirində, "qara qartallar" vaxtından əvvəl çempion olacaqlar.