Bakı "İnter"i futbol üzrə Avropa Liqası üçün ev arenasını müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.
Onun sözlərinə görə, "bankirlər" rəqiblərini "Bakcell Arena"da qəbul edəcəklər: "Əvvəlcədən "Dalğa Arena"da oynamaq istəyirdik. Amma sonradan qərara aldıq ki, "Bakcell Arena" daha münasibdir. 8-ci km qəsəbəsindəki bu stadionu "Qəbələ" də sifariş edib. Amma düşünürəm ki, səfər və ev oyunları məsələsini UEFA tənzimləyəcək".
İnter"İn Avroliqada rəqiblərini "İnter Arena"da qəbul etməməsinin səbəbi isə lisenziya müddətinin bitməsi və FİFA-dan yeni lisenziyanın alınmamasıdır.
Qeyd edək ki, Avropa Liqasında Azərbaycanın daha bir təmsilçisi olan "Zirə" "Dalğa Arena"nı sifariş edib. "Qarabağ" isə Çempionlar Liqası qarşılaşmalarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.